Saytımızı qiymətləndirin


 
 

Tramp həbsi ilə bağlı hökmün təxirə salınması üçün müraciət edib
Tarix: 15-08-2024 | Saat: 21:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Donald Trampın vəkilləri keçmiş prezidentin cinayət işinə baxan hakimdən onun sentyabrın 18-nə təyin edilmiş hökmünü noyabrda keçiriləcək prezident seçkilərindən sonraya təxirə salması üçün müraciət ediblər.

Avqustun 13-ü məhkəməyə göndərilən, lakin ötən gün ictimaiyyətə açıqlanan məktubda Trampın vəkilləri qeyd edirlər ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədinin hökmü erkən səsvermənin başlamasından dərhal sonraya nəzərdə tutulur. Vəkillər bu qərarın təxirə salınmamasını prokurorların seçki prosesinə müdaxiləsi kimi qiymətləndirirlər.

Daha əvvəl Trampın həbsi iyulun 11-nə nəzərdə tutulmuşdu. İşə baxan hakim Xuan Merçan ABŞ Ali Məhkəməsinin prezidentin toxunulmazlığına dair qərarından sonra Trampın müraciəti əsasında hökmü sentyabrın 16-na, həbsi isə 18-nə kimi təxirə salınıb.

Trampın vəkillərinin bu müraciəti hakimin onun işdən uzaqlaşdırılması ilə bağlı qaldırılmış vəsatəti tənqid etməsindən dərhal sonra olub. Xuan Merçan vəsatəti qeyri-dəqiq və əsasız adlandırıb və rədd edib.

Donald Tramp 2016-cı ildə prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə verdiyi rüşvətə görə biznes məlumatlarını saxtalaşdırdığı üçün bu ilin mayında məhkəmə tərəfindən 34 maddə üzrə təqsirli bilinib.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər