Saytımızı qiymətləndirin


 
 

SEPAH: İsrail İsmayıl Haniyənin qətlinə görə cavabı lazımı vaxtda, məkanda və keyfiyyətdə alacaq
Tarix: 03-08-2024 | Saat: 16:27
Bölmə:Karusel / Dünya | çapa göndər

İsmayıl Haniyə

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HAMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı üçüncü bəyanatını yayıb.

Qarabaginfo.az xəbər verir ki, SEPAH-ın bəyanatında bildirilir ki, bu hərəkət İsrail tərəfindən layihələndirilib, həyata keçirilib və ABŞ hökuməti tərəfindən dəstəklənib.

“İstintaq və araşdırmalara görə, terror əməliyyatı qonaqların yerləşdiyi ərazidən kənardan güclü partlayışla yanaşı, təxminən 7 kiloqram döyüş başlığına malik qısa mənzilli mərmi atılmaqla həyata keçirilib”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda o da vurğulanır ki, İsrail İsmayıl Haniyənin qətlinə görə cavabı lazımı vaxt, məkan və keyfiyyətdə alacaq.

Qeyd edək ki, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə olan İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına raket zərbəsinin endirilməsi nəticəsində həlak olub.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər