Saytımızı qiymətləndirin


 
 

“Dərhal güllələyəcəyəm!”- Kadırovdan hicab AÇIQLAMASI
Tarix: 01-08-2024 | Saat: 14:49
Bölmə:Karusel / Region | çapa göndər

Çeçenistan lideri Ramzan Kadırov Rusiyada hicaba qadağa qoyulmasını tələb edənləri “İslam düşmənləri” adlandırıb və qızına baş örtüyünü çıxarmağı deyənləri öldürəcəyini vəd edib.

Qarabaginfo.az xəbər verir ki, o bu barədə Çeçenistan hökumətinin iclasında bildirib.

“Kim qızıma desə ki, hicabını çıxar, onu dərhal öldürəcəm, kim olmasından asılı olmayaraq dərhal güllələyəcəm. Bu, düşməndir, mənim şəxsi düşmənim, İslamın düşmənidir. Çeçenistan müxtəlif dinlərdən çoxlu qonaqlar gəlir. Biz onların geyim forması bizi narahat etmir. Biz sakinlərimizin geyim forması maraqlandırı. Biz çağırırıq, cəzalandırmırıq, insanları hicab taxmağa təşviq edirik”, – Çeçenistan lideri deyib.

 



Xəbəri paylaş

75 dəfə oxunub.

Digər xəbərlər