“Kamala Harrisin əvvəllər qaradərili olduğunu arxa planda saxlayıb”.
Qarabaginfo.az Röyter-ə istinadən bildirir ki, bu sözləri prezidentliyə namizəd Donald Tramp ölkənin ən böyük qaradərili jurnalistlərin illik toplantısında rəqibi barədə danışarkən deyib.
O, bununla Harrisin qaradərilələri aşağıladığını iddia edib: “O, həmişə hind köklərinə sahib olub və yalnız hind irsini təbliğ edib. Bir neçə il əvvəl təsadüfən qara olduğunu deyənə qədər onun qara olduğunu bilmirdim. İndi o, qara adlandırılmasını istəyir”, – deyən Tramp ifadələri 1000-ə yaxın iştirakçı gülüşlə qarşılayıb.
“İndi mən bilmirəm, o hindlidir, yoxsa qaradərili? – Tramp davam edib. “Amma mən onların hər ikisinə hörmət edirəm. Amma o, aydın danışmır. Çünki o, bütün həyatı boyu hindli idi, sonra qəfil dönüş edərək qara oldu”.
Hindistan və Yamayka köklərinə malik olan Harris uzun müddət qaradərili və asiyalı olaraq tanınır. O, vitse-prezident vəzifəsini icra edən ilk qaradərili və Asiya əsilli Amerikalı qadındır.
Trampın şərhlərindən bir neçə saat sonra Harris Hyustonda toplantıda bildirib ki, Trampın sözləri keçmiş prezidentin dörd illik dövrünün necə keçdiyini bir daha xatırladır: “Bu, eynilə parçalanma və hörmətsizliyin köhnə təzahürü idi. Amerika xalqı daha yaxşısına layiqdir”.
Bu ayın əvvəlində Ağ Ev üçün kampaniyasına başlayandan bəri Kamala Harris onlayn müstəvidə gender və irqçi hücumlarla üzləşib. Bəzi ifrat sağçılar onun irqi kimliyini şübhə altına alıb. Respublikaçılar partiyası qanunvericiləri şəxsi hücumlardan çəkinməyə və onun siyasi mövqelərinə diqqət yetirməyə çağırıb.