Saytımızı qiymətləndirin


 
 

Sahil Babayev: Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır
Tarix: 25-07-2024 | Saat: 12:25
Bölmə:Karusel / Sosial | çapa göndər

Sahil Babayev: Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır

Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə birgə keçirilən brifinq zamanı deyib.

“İqtisadiyyat, sosial, nəqliyyat və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq bağları var”, - deyə o əlavə edib.

Nazir bildirib ki, bu gün imzalanacaq protokol növbəti illər ərzində əməkdaşlığın inkişafına rəvac verəcək.

Brifinqdə çıxış edən Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç deyib ki, Azərbaycanla Serbiya əlaqələri son illərdə daha da inkişaf edib:

“Onu qeyd edim ki, ölkələrimiz arasında artıq siyasi əməkdaşlıq da mövcuddur. Biz beynəlxalq siyasi arenada eyni siyasi prinsipləri müdafiə edirik. Mən xüsusilə Kosova ilə bağlı dəstəyə görə ölkənizə minnətdaram”.

Nikola Selakoviç Azərbaycanın suverenliyinə dəstəyini yenidən ifadə edib:

“Bu yöndə münaqişədən sonra qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı münasibətilə sizi təbrik edirəm”.

O, çıxışı zamanı, həmçinin vurğulayıb ki, Serbiya nadir ölkələrdəndir ki, Azərbaycan vətəndaşları buraya vizasız səfər edir:

“Amma təəssüf ki, ölkələrimiz arasında birbaşa nəqliyyat rabitəsi yoxdur. Biz bu gün bu barədə müzakirə apardıq. Qərarlaşdırdıq ki, yaxın günlərdə bu mövzu ətrafında video konfrans keçirək. Düşünürəm ki, bu ilin sonuna kimi bu istiqamətdə müzakirələrimizi yekunlaşdırarıq”.



Xəbəri paylaş

154 dəfə oxunub.

Digər xəbərlər