Saytımızı qiymətləndirin


 
 

MSK sədrinin müavini: 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq
Tarix: 21-01-2025 | Saat: 16:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

MSK sədrinin müavini: 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə barədə məlumat verilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, veb-kameraların Azərbaycanda müsbət təcrübəsi var: “Aşkarlıq ən ümdə meyarlardan biridir. Ölkədə 70 minə yaxın yerli müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək. Veb-kameralardan istifadə səsvermə günü şəffaflığın artırılması üçün tətbiq olunan layihədir. 1000 seçki məntəqəsində qurulan veb-kameralar vasitəsilə bütün proseslər müşahidə ediləcək. Bu da aşkarlıq üçün çox mühüm vasitəyə çevrilib. Bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq”.

Veb-kameralar quraşdırılan bəzi məntəqələrdə müəyyən dəyişikliklər olub: “2024-cü il noyabrın 26-da 51 seçki məntəqələrinin hüdudlarında dəyişiklik etmişik. Ümumilikdə 89 seçki məntəqəsinin parametrlərində dəyişiklik edilib. 62 məntəqənin isə nömrəsində dəyişiklik edilsə də, bu məntəqələrdə veb-kameralar əvvəldən var. 15 yeni seçki məntəqəsində isə yeni veb-kameraların quraşdırılması qərarına gəlinib”.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər