Respublikaçıların qərargahı demokratları Co Baydenin seçki kampaniyası üçün toplanmış 91,5 milyon dolları oğurlamaqda ittiham edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ prezidenti Co Bayden yarışı tərk etdikdən sonra bu vəsait Harrisə keçib.
“Kamala Harris Baydendən qalan kampaniya fondlarından 91,5 milyon dollar oğurlamağa cəhd edir. Bu, 1971-ci il Federal Seçki Kampaniyası Qanununun tarixində ən böyük pozuntu olacaq”, – şikayətdə deyilir.
Şikayətə Trampın himayədarının rəhbərlik etdiyi ABŞ Seçki Komissiyası baxacaq.
Trampın müşavirləri vəsaitlərin köçürülməsinə mane olacaqlarını bildiriblər.