Saytımızı qiymətləndirin


 
 

Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib
Tarix: 22-07-2024 | Saat: 13:04
Bölmə:Karusel / Region | çapa göndər

Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Latviya Prezidenti Edqars Rinkeviçin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib.

qarabaginfo.az xəbər verir ki, hökumət başçısı Latviya prezidentinin bir neçə ay əvvəl Gürcüstandan Rusiyaya qarşı sanksiya tətbiq etməsini tələb etdiyini, bu baxımdan onun bəyanatının təəccüblü olmadığını qeyd edib.

“Bir neçə ay əvvəl Latviya Prezidenti Gürcüstandan Rusiyaya sanksiya tətbiq etməsini tələb edib. Bu cür tələblər fonunda, belə bəyanatların heç biri bizi təəccübləndirməməlidir. Əlbəttə müxalifət bundan istifadə edəcək”, - Kobaxidze deyib.

Qeyd edək ki, Edqars Rinkeviç “Amerikanın Səsi”nə açıqlamasında Gürcüstan hökumətinin artıq NATO və Aİ-siz yaşamaq qərarı qəbul etdiyini, Gürcüstanın namizəd statusunun ləğv edilməli olduğunu deyib.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər