Saytımızı qiymətləndirin


 
 

Kobaxidze: Trampın qələbəsi Ukrayna müharibəsini daha tez başa çatdıra bilər
Tarix: 22-07-2024 | Saat: 12:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Kobaxidze: Trampın qələbəsi Ukrayna müharibəsini daha tez başa çatdıra bilər

Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Ukraynada müharibəni daha tez başa çatdıra və regionda vəziyyəti stabilləşdirə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. O, Trampın qələbəsinin Gürcüstana münasibətə müsbət dəyişiklik gətirə biləcəyini əlavə edib.

“Birincisi biz heç kimin seçkilərinə müdaxilə edə bilmərik. Biz belə bir böyük ölkənin, ABŞ-nin seçkilərinə də müdaxilə edə bilmərik, bu bizim işimiz deyil. Deyə biləcəyim yeganə şey budur ki, Tramp seçkilərdə qələbə qazanarsa Ukraynada müharibə daha tez başa çatacaq, müvafiq olaraq region daha tez sakitləşəcək ki, bu da xüsusilə Gürcüstana münasibəti dəyişəcək. Regionda sülh olarsa Gürcüstana münasibət də dəyişəcək”, - Kobaxidze deyib.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər
11-06-2022, 10:58 Bakı metrosunda oğurluq