Saytımızı qiymətləndirin


 
 

Lavrov: Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya təhdidlər aradan qaldırılmalıdır
Tarix: 16-07-2024 | Saat: 21:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

 

Ukrayna münaqişəsinin həlli üçün Qərbdən Rusiyaya qarşı yönəlmiş təhdidlər aradan qaldırılmalıdır.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Ölkəsi Ukrayna məsələsində tərəflərin maraqları arasında balansın tapılması istiqamətində fəaliyyət göstərməyə hazırdır.

Diplomat NATO-nu ölkəsinə qarşı müharibəyə başlamaqda günahlandırıb. Onun qənaətinə görə, alyansın bu istiqamətdəki fəaliyyətinə ABŞ ciddi dəstək verir.

S. Lavrov bəyan edib ki, rəsmi Vaşinqton zaman-zaman müttəfiqlərinə təkcə Avropada deyil, dünyanın müxtəlif nöqtələrində uzunmüddətli müharibələrə hazır olmaqla bağı çağırış edir.

Rusiyalı nazir eyni zamanda Ukraynada sülhün bərqərar olmasına çağırış edən tərəfləri ruslar da daxil olmaqla, bu ölkədə yaşayan milli azlıqların üzləşdiyi problemləri nəzərə almağa çağırıb.



Xəbəri paylaş

68 dəfə oxunub.

Digər xəbərlər