Tarix: 16-07-2024 | Saat: 07:42
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiyanın xarici işlər naziri Sergey Lavrovu müşayiət edən rusiyalı jurnalistlərə hərəkət məhdudiyyəti nəzərdə tutulan ABŞ vizası verilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda bildirilir ki, media nümayəndələrinə Nyu Yorkun mərkəzindən 25 mil (40 kilometr) radiusda hərəkət edə biləcəklərini göstərən viza verilib.
Məlumatda həmçinin qeyd olunur ki, bu, rusiyalı jurnalistlərin bu kimi hallarla ilk qarşılaşması deyil.
Qeyd edək ki, Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka səfər edib.
Lavrov BMT Təhlükəsizlik Şurasının sədri kimi “Daha ədalətli, demokratik və dayanıqlı dünya nizamının yaradılması maraqları naminə çoxtərəfli əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində debat keçirəcək.
İyulun 17-də isə Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı nazirlərin görüşü keçiriləcək.
Digər xəbərlər