ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Azərbaycanla sərhədə-Zəngəzura gəlib.
Qarabaginfo.az bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Səfir Avropa İttifaqının müşahidə missiyası ilə birlikdə Azərbaycanla sərhəddəki vəziyyəti araşdırıb.
“Səfir Kuin Aİ-nin mülki missiyası ilə sərhəddəki vəziyyəti araşdırıb. ABŞ davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır”, – deyə məlumatda bildirilir.