Ana Sayfa > Karusel / Siyasət / Region > ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəlib-FOTO

ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəlib-FOTO


11-07-2024, 17:48. Yazar: Admin

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Azərbaycanla sərhədə-Zəngəzura gəlib.

Qarabaginfo.az bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Səfir Avropa İttifaqının müşahidə missiyası ilə birlikdə Azərbaycanla sərhəddəki vəziyyəti araşdırıb.

“Səfir Kuin Aİ-nin mülki missiyası ilə sərhəddəki vəziyyəti araşdırıb. ABŞ davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır”, – deyə məlumatda bildirilir.


Geri dön