Çin döyüş növbəsinə 1500 nüvə döyüş başlığı qoymaq istəyir - Pentaqon əndişələnib...
Tarix: 30-11-2022 | Saat: 16:48
Bölmə:Karusel / Dünya | çapa göndər
1228 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-11-2022 | Saat: 16:48
Bölmə:Karusel / Dünya | çapa göndər

"Çin öz ambisiyaları və niyyətlərini getdikcə daha aydın şəkildə büruzə verir..."
"ÇXR bizim milli təhlükəsizliyimizə və beynəlxalq münasibətlər sisteminə ciddi çağırışdır..."
"Strateji rəqabət qarşıdurma və münaqişələrin qaçılmaz olduğu demək deyil..."
Çin 2035-ci ildə döyüş növbəsinə bu gün mövcud olan 400 ədədin müqabilində 1500 nüvə döyüş başlığı qoymaq istəyir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun 29 noyabr ÇXR-ə həsr edilən hesabatında deyilir. Məlumatı "News.liga" nəşri yayıb.
"Bu gün dərc edilən hesabatda Çin Xalq Respublikası "bizim milli təhlükəsizliyimizə və azad və açıq beynəlxalq sistemə ən ciddi və sistemli çağırış" adlandırılıb", - Pentaqon göstərib və qeyd edib ki, Çin öz ambisiya və niyyətlərini "getdikcə daha aydın şəkildə" büruzə verir.
"ÇXR ona hədəflənib ki, iqtisadi,siyasi, sosial, hərbi və təhlükəsizlik sahəsində inkişaf koordinasiya edilsin və qarşılıqlı surətdə bir-birini gücləndirsin, habelə Si Tszinpin tərəfindən ölkənin 2049-cu ilədək inkişafı üçün qarşıya qoyduğu ambisiyalı məqsədləri dəstəkləsin", - hesabatda deyilir.
"Ötənilki hesabatda deyildiyi kimi, Si Tszinpin və ÇXR rəhbərliyi Silahlı Qüvvələrinin Çinin qlobal miqyasda xarici siyasət məqsədlərinin irəliyə aparılmasında getdikcə daha fəal rol oynaması üçün hər şey etməkdə qətiyyətlidir", - ABŞ müdafiə nazirliyi nümayəndələri əlavə edib.
Hesabatda eyni zamanda vurğulanır ki, yanlışlıqlar və anlaşılmazlıqlar ehtimalı mövcuddur, bu da Vaşinqton və Pekin arasında vaxtında əlaqələrin zəruriliyini göstərir.
"Strateji rəqabət, hətta gücləndiyi təqdirdə, o demək deyil ki, qarşıdurma və ya münaqişələr qaçılmazdır. Biz dəqiq anlatdıq ki, müvafiq olaraq ÇXR ilə rəqabəti idarə etməyə can atırıq ki, zərurət olmadan münaqişəyə girməyək", - Pentaqon bəyan edib.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
7-04-2021, 10:59
Səlim Müslümovun yerinə təyinat
25-12-2023, 12:39
Millət vəkili Vətən Müharibəsi iştirakçıları ilə görüşüb
26-09-2024, 13:18
İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb-FOTO
3-02-2025, 22:46
Rutte NATO-nu müharibənin qarşısını almaq üçün müdafiə xərclərini artırmağa çağırıb
20-09-2024, 12:56
Qarabağ Universitetindən - Fotolar
17-03-2025, 14:25
Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi
23-11-2020, 18:10
Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub
21-12-2021, 17:09
Bakıda 154 məktəbdə elektron jurnal və gündəlik tətbiq olunur
16-06-2023, 11:17
Laçındakı təxribatın arxasında rus barmağı














