Saytımızı qiymətləndirin


 
 

Ermənistanın raket zərbələri nəticəsində Gəncədə həyatını itirənlərin xatirəsi anılıb
Tarix: 17-10-2021 | Saat: 16:17
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Gəncədə anım tədbiri

 

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından bir il dönümü ilə bağlı anım tədbiri keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Qələbə parkında baş tutan anım tədbirində Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov,Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputatlar, din xadimləri, ictimayət nümayəndələri, şəhər sakinləri və həmin ərazinin sakinləri iştirak edib.
Əvvəlcə Gəncə terrorunun qurbanlarını yad edilib. Çıxış edənlər bildiriblər ki, Ermənistan ordusu tərəfindən günahsız mülki insanlara qarşı törədilən hadisələrin hamsı bir cinayyətdir. Qeyd edilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Xatırladaq ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01.00 radələrində Ermənistan ərazisindən atılan raketlər nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Həmçinin ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb.(Apa)

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Gəncədə anım tədbiriGəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Gəncədə anım tədbiri



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır