Ana Sayfa > Karusel / Dünya > Çin döyüş növbəsinə 1500 nüvə döyüş başlığı qoymaq istəyir - Pentaqon əndişələnib...

Çin döyüş növbəsinə 1500 nüvə döyüş başlığı qoymaq istəyir - Pentaqon əndişələnib...


30-11-2022, 16:48. Yazar: Admin
Çin döyüş növbəsinə 1500 nüvə döyüş başlığı qoymaq istəyir - Pentaqon əndişələnib...
"Çin öz ambisiyaları və niyyətlərini getdikcə daha aydın şəkildə büruzə verir..."
 
"ÇXR bizim milli təhlükəsizliyimizə və beynəlxalq münasibətlər sisteminə ciddi çağırışdır..."
 
"Strateji rəqabət qarşıdurma və münaqişələrin qaçılmaz olduğu demək deyil..."
 
Çin 2035-ci ildə döyüş növbəsinə bu gün mövcud olan 400 ədədin müqabilində 1500 nüvə döyüş başlığı qoymaq istəyir.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun 29 noyabr ÇXR-ə həsr edilən hesabatında deyilir. Məlumatı "News.liga" nəşri yayıb.
 
"Bu gün dərc edilən hesabatda Çin Xalq Respublikası "bizim milli təhlükəsizliyimizə və azad və açıq beynəlxalq sistemə ən ciddi və sistemli çağırış" adlandırılıb", - Pentaqon göstərib və qeyd edib ki, Çin öz ambisiya və niyyətlərini "getdikcə daha aydın şəkildə" büruzə verir.
 
"ÇXR ona hədəflənib ki, iqtisadi,siyasi, sosial, hərbi və təhlükəsizlik sahəsində inkişaf koordinasiya edilsin və qarşılıqlı surətdə bir-birini gücləndirsin, habelə Si Tszinpin tərəfindən ölkənin 2049-cu ilədək inkişafı üçün qarşıya qoyduğu ambisiyalı məqsədləri dəstəkləsin", - hesabatda deyilir.
 
"Ötənilki hesabatda deyildiyi kimi, Si Tszinpin və ÇXR rəhbərliyi Silahlı Qüvvələrinin Çinin qlobal miqyasda xarici siyasət məqsədlərinin irəliyə aparılmasında getdikcə daha fəal rol oynaması üçün hər şey etməkdə qətiyyətlidir", - ABŞ müdafiə nazirliyi  nümayəndələri əlavə edib.
 
Hesabatda eyni zamanda vurğulanır ki, yanlışlıqlar və anlaşılmazlıqlar ehtimalı mövcuddur, bu da Vaşinqton və Pekin arasında vaxtında əlaqələrin zəruriliyini göstərir.
 
"Strateji rəqabət, hətta gücləndiyi təqdirdə, o demək deyil ki, qarşıdurma və ya münaqişələr qaçılmazdır. Biz dəqiq anlatdıq ki, müvafiq olaraq ÇXR ilə rəqabəti idarə etməyə can atırıq ki, zərurət olmadan münaqişəyə girməyək", - Pentaqon bəyan edib.(Moderator.az)

 

 


Geri dön