Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda I yarımildə içki və tütün məhsullarına 1.2 mlrd. manatdan çox vəsait xərclənib
Tarix: 10-07-2024 | Saat: 14:21
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycanda I yarımildə içki və tütün məhsullarına 1.2 mlrd. manatdan çox vəsait xərclənib

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 259.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

qarabaginfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 7.7% çoxdur. Belə ki, ötən ilin yanvar-iyun ayları ərzində ölkədə 1 milyard 169.8 milyon manatlıq içki və tütün məhsulları satılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarındapərakəndəticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq məhsul satılıb. Bu dövrdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 12,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Xatırladaq ki, cari ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 445,7 manatlıq, o cümlədən 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları alıb.



Xəbəri paylaş

`199 dəfə oxunub.

Digər xəbərlər