Saytımızı qiymətləndirin


 
 

Daxili işlər nazirinin müavini: Qanunsuz aksiyaların qarşısının alınması üçün bütün tədbirlər görüləcək
Tarix: 10-07-2024 | Saat: 12:24
Bölmə:Karusel / Sosial | çapa göndər

Daxili işlər nazirinin müavini: Qanunsuz aksiyaların qarşısının alınması üçün bütün tədbirlər görüləcək

Şəhər və rayon polis bölmələrində seçkiyə qədər vətəndaşların siyahısı dəqiqləşdirilir.

Qarabaginfo.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Oqtay Kərimov bildirib ki, ölən, son vaxtlar ölkədən gedən və ölkəyə gələn vətəndaşların siyahısı da dəqiqləşdirilir: “Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Polisim fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq. Seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılıb, cavablandırılacaq. Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər