Saytımızı qiymətləndirin


 
 

“İran Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır”- Pezeşkian
Tarix: 09-07-2024 | Saat: 15:53
Bölmə:Karusel / Region | çapa göndər

“İran Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır. Sənəd oktyabrda Rusiyada keçiriləcək BRİKS sammiti çərçivəsində imzalana bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib.

“İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq haqqında sazişə dair sənədlərin hazırlanması başa çatıb”, – prezident vurğulayıb.

Pezeşkianın sözlərinə görə, Tehran Moskva ilə münasibətlərə xüsusi önəm verir və buna görə də Rusiya ilə əlaqələri gücləndirməyə çalışacaq.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər
19-03-2022, 20:16 Tayvanda zəlzələ olub