Saytımızı qiymətləndirin


 
 

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”
Tarix: 15-12-2017 | Saat: 17:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxil olan insanlardır. Bəzilərinin evində məcburi köçkün qardaşlarımız məskunlaşıb, ev sahibləri də illərdir kirayədə yaşayır”.

 

"Qarabaginfo" "Modern.az-a istinadən verdiyi məlumatına görə, bunu deputat Fazil Mustafa Mülki Məcəlləyə dəyişiklərlə bağlı müzakirələr zamanı deyib.

 

Deputat bildirib ki, bu insanların bəziləri mənzil sahibi olmaq üçün bütün ömür boyu gözləməli olublar.

“Yaxşı olar ki, biz məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işini qısa zamanda yekunlaşdıraq.

 

"Qaçqınkom" bu məsələyə daha həssas yanaşmalıdır. Həmçinin bir mənzilin bir neçə şəxsə satılması məsələsi ilə bağlı da dəfələrlə bizə müraciət edilib. Və biz də prokurorluq orqanlarına müraciət edərək məsələnin həllinə kömək etməyə çalışmışıq”.

 

F.Mustafa deyib ki, dövlət vətəndaşın şəxsi mülkiyyətinin təmin edilməsi istiqamətində müəyyən addım atılmalıdır.

 

“Bu qanun layihəsi bir sıra problemlərin həllinə kömək edəcək. Lakin hesab edirəm ki, yeni dəyişikliklər 3-4 il əvvəl tikilən evlərə də aid edilməlidir. Bu gün çoxmənzilli binalarda məskunlaşanların əksəriyyətinin sənədi olmur. Onlar mənzillərini satanda bina sahibinə 3-4 min manat əlavə ödəniş etməli olur”.

 



Xəbəri paylaş

660 dəfə oxunub.

Digər xəbərlər