Ukrayna artıq əllidən çox əsir mübadiləsi aparmağa nail olub, 3310 ukraynalı əsirlikdən qayıdıb.
Bu barədə Ukrayna Prezident Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.
Volodimir Zelenski yazıb: “Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada – öz evində, qohumlarının yanındadır”.
Ukrayna Prezidentinin sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir. O bildirib: “Biz hər bir vətəndaşımızı – bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”(azərtac).