Saytımızı qiymətləndirin


 
 

Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib
Tarix: 05-07-2024 | Saat: 12:29
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Tovuz rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, istintaqla Zöhrab Məmmədovun Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zöhrab Məmmədov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.



Xəbəri paylaş

1177 dəfə oxunub.

Digər xəbərlər
23-03-2021, 17:04 ...İynə ilə kitab yazan