Saytımızı qiymətləndirin


 
 

Adil Əliyevin qardaşı vəfat etdi - Foto
Tarix: 12-06-2024 | Saat: 15:33
Bölmə:Karusel / Sosial | çapa göndər

 adil-eliyevin-qardasi-vefat-etdi

Milli Məclisin vitse-spikeri Adil Əliyevin qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev 77 yaşında dünyasını dəyişib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalist Elnur Eltürk məlumat yayıb. O bildirib ki, A.Əliyev sabah Şüvəlan qəsəbəsi Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda dəfn ediləcək.

Qeyd edək ki, Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. Onun pensiyaya çıxarkən son iş yeri DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsi olub.

A.Əliyevin digər qardaşı Məhərrəm Əliyev də uzun illər polis sistemində çalışıb və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 2023-cü ilin dekabrınadək Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsini tutan general-polkovnik Məhərrəm Əliyev hazırda ölkəmizin Belarusdakı səfiridir. 

 



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər
26-03-2022, 19:47 Ruslar Lvova raket atdılar
17-09-2022, 12:17 Sabahın hava proqnozu