Tarix: 12-06-2024 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
2030-cu ilə qədər hava məkanında karbon emissiyalarının 50 % azaldılması nəzərdə tutulub.
Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib. O bildirib ki, Azərbaycan da bu hədəfi götürüb. Gələcəkdə bərpa olunan enerjidən istifadə emissiyaların daha da azaldılmasına gətirib çıxaracaq: "Yüksək texnologiyalar, rəqəmsal inkişaf, uçuş marşrutlarının optimallaşdırılması, yeni təyyarələrin istifadə və onların mühərriklərinin ekoloji uyğunluğu gələcəkdə emissiyaların azalmasına gətirib çıxaracaq".
O həmçinin əlavə edib ki, Azərbaycan hava məkanında uçuşların təhlükəsiz təşkili nəzərə alınıb: "Hazırda Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində dünyanın 80 ölkəsindən nümayəndələr iştirak edir. Əsas məsələrdən biri uçuşların təhlükəsiz təşkilidir. Bununla yanaşı mülki aviasiyanın hava məkanında istifadə zamanı ətraf mühitə zərərləri müzakirə olunacaq. Rəqəmsal, yüksək texnologiyaların istifadəsi məsələləri müzakirə olunacaq. COP29 ərəfəsində belə bir tədbirin təşkili çox önəmlidir".
Digər xəbərlər