Dünyada heç kim Rusiya ilə Ukrayna arasında münaqişənin nə vaxt bitəcəyini deyə bilməz.
Qarabaginfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukraynanın bərpasına dair beynəlxalq konfransda bildirib.
Bununla belə, o qeyd edib ki, bu müharibə mütləq bitəcək.
“Bu gün heç birimiz müharibənin nə vaxt bitəcəyini deyə bilmərik. Ancaq bunu deyə bilərik ki, bu, bitəcək”, – kansler bildirib.
O, həmçinin müttəfiqləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün mümkün olan hər şeyi etməyə çağırıb. Kansler bir daha Kiyevə lazım olduğu qədər kömək edəcəyinə söz verib.