Saytımızı qiymətləndirin


 
 

Ayaz Mütəllibov harada dəfn olunacaq? - AÇIQLAMA
Tarix: 28-03-2022 | Saat: 10:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

 Ayaz Mütəllibov harada dəfn olunacaq? - AÇIQLAMA

 


Mərhum eks-prezident Ayaz Mütəllibovun ailəsi dəfn yeri ilə bağlı qərar gözləyir. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a Ayaz Mütəlllibovun keçmiş silahdaşı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə məlumat verib. O bildirib ki, eks-prezidentin harada dəfn ediləcəyi hələlik məlum deyil: 

"Vida mərasimi və dəfn bu gün keçiriləcək. Lakin yeri və zamanı hələlik bilinmir. Ailəsi qərar verilməsini gözləyir". 

Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov dünən gecə 84 yaşında dünyasını dəyişib.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il martın 6-da vəzifəsindən istefa verib. O vaxtdan 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə Azərbaycana qayıdıb.



Xəbəri paylaş

243 dəfə oxunub.

Digər xəbərlər