Saytımızı qiymətləndirin


 
 

Hakimlə mübahisəsinə görə - 1 ay vəkillik edə bilməyəcək
Tarix: 10-06-2024 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

hakimle-mubahisesine-gore

Məhkəmədə hakimlə mübahisə edən tanınmış vəkilin vəkillik fəaliyyəti dayandırılıb.

Qarabaginfo.az xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qərar qəbul edib.

Məlum olub ki, 12 saylı vəkil bürosunun vəkili Əhməd Məhərrəmli Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə edib. Hakim isə vəkilin hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib.

Şikayət əsaslı olduğundan kollegiyanın qərarı ilə Əhməd Məhərrəmlinin fəaliyyəti 1 aylıq dayandırılıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işlərdən biri həmin səbəbdən təxirə salınıb. Hakim Əli Məmmədov deyib ki, tərəflərdən birinin vəkili Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırıldığına görə məhkəmədə iştirak edə bilmir. Həmin səbəbdən proses təxirə salınıb. Vəkil 1 ay icraatında olan digər işlərdə də iştirak edə bilməyəcək.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər