Saytımızı qiymətləndirin


 
 

Qaluzin: Azərbaycan beynəlxalq arenada nüfuza malikdir
Tarix: 28-05-2024 | Saat: 19:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qaluzin: Azərbaycan beynəlxalq arenada nüfuza malikdir

Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır və Cənubi Qafqaz regionunda mühüm rol oynayır.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Biz səmimi qəlbdən şadıq ki, dost Azərbaycan öz milli gününü yüksələn xətlə qeyd edir. Ölkə beynəlxalq münasibətlərin fəal iştirakçısıdır və Cənubi Qafqaz regionunda mühüm rol oynayır və beynəlxalq aləmdə nüfuza malikdir", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Qaluzin qeyd edib ki, Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda iştirak etməkdən şaddır: “Bizim mehriban qonşumuz, strateji tərəfdaşımız və etibarlı müttəfiqimiz olan Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda iştirak etməkdən məmnunam Şadıq ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunan razılaşmalar əsasında bizim müttəfiqlik əməkdaşlığımız bütün sahələrdə mütərəqqi şəkildə inkişaf edir. Bura siyasi dialoq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət daxildir. Bunlar bizim çoxşaxəli ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrimizdir".

Rusiyalı diplomat Azərbaycan prezidenti İlham Əliyevin bu il Moskvaya səfərinin iki ölkə arasında əlaqələrə müsbət dinamika verdiyini söyləyib.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər
17-02-2022, 22:00 Manaf Ağayev saxlanılıb