Saytımızı qiymətləndirin


 
 

“Türkiyədəki danışıqları izləyirik” - Bayden
Tarix: 30-03-2022 | Saat: 00:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Türkiyədəki danışıqları izləyirik”

ABŞ Prezidenti Bayden Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Türkiyədə aparılan danışıqları izlədiklərini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə Sinqapurun Baş naziri Li Hsien Lunq ilə görüşdən sonra mətbuat konfransında bildirib.

"Rusiyanın bu gün Kiyevdəki və Ukraynanın şimalındakı başqa bir şəhərdəki qoşunlarını ixtisar edəcəyi barədə açıqlamasına münasibətiniz necədir? Müharibənin sona yaxınlaşması ehtimalını görürsünüzmü? Yoxsa sizcə, Rusiya vaxt udmağa çalışır?" sualına Bayden belə cavab verib:

"Biz (Rusiyanın) hərəkətlərini görməyincə mən heç nə deyə bilmərəm. Dediklərini edəcəklərmi, görəcəyik. Bu gün Türkiyədə danışıqlar oldu. Mən də NATO-dakı tərəfdaşlarımız Fransa, Almaniya və İngiltərənin liderləri ilə də görüşdüm. Rusların təklifinin nə olduğunun görülməsi ilə bağlı fikir birliyi var”.

Bayden Rusiyanın addımlarını izlədiklərini, Rusiyaya qarşı sanksiyaları və Ukraynaya müdafiə yardımlarını davam etdirəcəklərini vurğulayıb.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər