Ukrayna tərəfində döyüşən əcnəbi zabit DXR-də Kleşçeevka yaxınlığında Rusiya Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Military Affairs” "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, məhbus Fransız legionunun zabitidir: "Aldığı xəsarətlərə görə vəziyyəti çox ağırdır, həkimlər onun həyatını xilas etməyə çalışırlar. Sağ qalsa, dəyərli məlumat mənbəyinə çevriləcək".