Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib.
Qarabaginfo.az bildirir ki, bu fikirlər ABŞ Prezidneti Co Baydenin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yer alıb.
“Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir”, – deyə qeyd olunub.