Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu
Tarix: 06-10-2020 | Saat: 13:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin  səhər yarımadanın bəzi yerlərində havanın qısa müddətə tutulacağı, çiskinli olacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz  50-55 faiz olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 10-14, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz 8-12 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabah Sumqayıtda hava necə olacaq? - PROQNOZ



Xəbəri paylaş

387 dəfə oxunub.

Digər xəbərlər