Saytımızı qiymətləndirin


 
 

“ABŞ Rusiyanı terrorun sponsoru kimi tanıya bilməz”- BLİNKEN
Tarix: 23-05-2024 | Saat: 13:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

“ABŞ Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına əlavə etməyəcək, çünki terrorizm təcavüzlə eyni şey deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə deyib.

“Təcavüz terror deyil, onlar iki fərqli şeydir”, – Blinken bildirib.

Onun fikrincə, Rusiyanı terrorizmin sponsoru olan ölkə kimi tanımaq Rusiyanın dondurulmuş aktivlərindən istifadəni çətinləşdirəcək: “Rusiya terrorizmi himayə edən ölkə kimi tanınarsa, məhkəmə prosesi zamanı onun suveren aktivləri bloklana bilər”.

Blinken əlavə edib ki, ABŞ artıq Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək üçün kifayət qədər səlahiyyətlərə malikdir.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər