Kreml bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirib
Tarix: 22-05-2024 | Saat: 14:41
Bölmə:Karusel / Dünya | çapa göndər
1118 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-05-2024 | Saat: 14:41
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya İsrail və Fələstin arasında iki dövlətli həll yoluna əsaslanan nizamlanmanın tərəfdarıdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, rəsmi Moskvanın bu mövqeyi ardıcıl və şəffafdır.
“Sizə xatırlatmaq istərdim ki, Rusiya Federasiyası SSRİ-nin hüquqi varisidir. SSRİ mövcudluğunun son mərhələsində Fələstin dövlətini tanıyıb. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və iki dövlətin nizamlanmasına əsaslanan yanaşmaya tamamilə uyğundur. Ona görə də, biz SSRİ-nin hüquqi varisiyik və bu sahədə ardıcıl və şəffaf mövqeyimizi davam etdiririk”, deyə Kremlin sözçüsü vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
15-02-2024, 17:17
Mehriban Əliyeva atasını təbrik etdi
6-04-2026, 16:14
Azərbaycan və Gürcüstan liderləri yeni investisiya layihələri barədə müzakirə aparıblar
26-09-2025, 13:51
Zelenski: Tramp Ukraynanın qalib gəlməyini istəyir
24-01-2023, 10:02
Çavuşoğlu Özbəkistanda Pakistan XİN rəhbəri ilə görüşüb
28-07-2020, 10:38
“Rabitəbank” məcburi köçkün ailəsinə 60 min manat maliyyə yardımı edib
14-02-2022, 14:07
İtaliyanın Azərbaycandakı səfirliyinin attaşesi vəfat edib















