Moskva maraq göstərərsə, Ukrayna münaqişənin həlli üçün Rusiya ilə danışıqlar apara bilər.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.
“Əgər Rusiya prezidenti Vladimir Putin danışıqlara ciddi maraq göstərsə, əminəm ki, Ukrayna buna cavab verəcək”, – Blinken bildirib.
Dövlət katibi əlavə edib ki, danışıqlarla bağlı qərarı Ukrayna verməlidir.