Saytımızı qiymətləndirin


 
 

O'Brayn: "Bu mərhələdə Bidzina İvanişviliyə qarşı hər hansı sanksiya yoxdur"
Tarix: 14-05-2024 | Saat: 22:21
Bölmə:Karusel / Dünya | çapa göndər

 

O

Bu mərhələdə Bidzina İvanişviliyə qarşı hər hansı sanksiya yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Ceysm O'Brayn Tbilisidə keçirdiyi görüşlərdən sonra mətbuata açıqlamasında deyib.

“Bu mərhələdə ona (İvanişviliyə-red.) qarşı hansısa sanksiya yoxdur.... Belə nüfuzlu şəxsin yanlış məlumatlandırılması təəssüf doğurur. Ölkənin tərəfdaşı ilə görüşdən imtinanın səbəbi müəyyən dərəcədə öz şəxsi maraqlarını ölkənin konstitusiyasında ifadə edilmiş öhdəliklərindən üstün tutmaq ola bilər…Biz aramızdakı məhsuldar və konstruktiv əməkdaşlığı dəyişdirməməyə çalışmalıyıq. ”, - O'Brayn deyib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ötən gün mətbuata açıqlamasında hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin Ceyms O'Braynla görüşdən imtina etdiyini açıqlayıb.

Kobaxidze qeyd edib ki, buna səbəb Bidzina İvanişviliyə qarşı de-fakto sanksiya tətbiq etməsi və onun Qərbə əmanət etdiyi 2 milyard dollarının dondurulmasıdır.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər