Saytımızı qiymətləndirin


 
 

Tbilisidə xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başlayıb - VİDEO
Tarix: 14-05-2024 | Saat: 17:54
Bölmə:Karusel / Region | çapa göndər

Tbilisidə xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başlayıb - VİDEO - YENİLƏNİB

Tbilisidə parlament binasının yerləşdiyi Rustaveli prospektində gərginlik davam edir.

Qarabaginfo.az xəbər verir ki, hazırda polis parlament binasını tam nəzarətdə saxlayır, etirazçılar binanın ətrafından tam çıxarılıblar.

Əraziyə çox sayda polis xüsusi təyinatlıları və su şırnağı maşınları cəlb edilib. Etirazçılar hökumət əleyhinə, həmçinin qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

***

17:16

Gürcüstan parlamentinin plenar sessiyasında "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin üçüncü və sonuncu oxunuşda qəbul olunmasından sonra Tbilisidə toqquşmalar başlayıb.

Qarabginfo.az xəbər verir ki, parlament binasının qarşısında toplaşan etirazçılara polis müdaxilə edib.

Toqquşmalar zamanı çox sayda saxlanılanların olduğu, əraziyə su şırnaqları ilə müdaxilə edildiyi bildirilir.

Xüsusi təyinatlı polis Rustaveli prospektinin təmizlənməsinə başlayıb.

Polis parlament binasının yerləşdiyi bütün küçələri tutub.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər