Saytımızı qiymətləndirin


 
 

Türkiyə səfirliyinin müşaviri media ilə tanışlığa Modern.az-dan başladı - FOTO
Tarix: 14-05-2024 | Saat: 15:31
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Türkiyə səfirliyinin müşaviri media ilə tanışlığa Modern.az-dan başladı - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir fəaliyyətə başladıqdan sonra ilk dəfə "Modern Media Qrup"un qonağı olub.

 

Qarabaqinfo.az xəbər verir ki, Mətbuat Şurasınının İdarə Heyətinin üzvü, Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri, "Modern Media Qrup"un direktoru Elşad Eyvazlı qonağı salamlayaraq ziyarət üçün təşəkkür edib.

 

Daha sonra Elşad Eyvazlı qonağa Modern Media Qrupuna daxil olan "modern.az" saytı, “azedu.az” təhsil platforması və “MediaTürk TV"nin fəaliyyəti və strukturu haqqında ətraflı məlumat verib və ortaq layihələlə bağlı əməkdaşlığın genişləndirmək niyyətini ifadə edib.

 

Mətbuat müşaviri Cihangir İşbilir əməkdaşlığın Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib və əməkdaşlığın daha güclü olacağına ümidvar olduğunu bildirib.

 

Sonda xatirə fotosu çəkilib.

 

Qeyd edək ki, Cihangir İşbilir mart ayında Türkiyənin Azərbaycandakı səfirliyinə mətbuat müşavir təyin olunub. O, daha əvvəl Türkiyənin "Anadolu" informasiya agentliyinin xəbər akademiyasının müdiri vəzifəsində çalışıb. Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışan Hüseyn Altınalan fəaliyyətini ötən ilin noyabr ayında başa vurub. O, 2019-cu ilin oktyabrın 11-dən səfirlikdə çalışırdı.

 

1347559



Xəbəri paylaş

1718 dəfə oxunub.

Digər xəbərlər