Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: “İnvestisiya proqramımızı tərtib edərkən yerlərdən gələn təkliflərə üstünlük verilir”
Tarix: 13-04-2022 | Saat: 00:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev: “İnvestisiya proqramımızı tərtib edərkən yerlərdən gələn təkliflərə üstünlük verilir”

“Bu ilin sonuna qədər görüləcək bəzi işlər haqqında danışmalıyıq. Mən bu gün ancaq Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı, planlarımız haqqında deyəcəyəm. Çünki bütün ölkə üzrə görüləcək işləri dilə gətirsəm, çox vaxt lazım olacaq”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlər plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar bunu görürlər. Bir çox layihələr vətəndaşların məktubları əsasında icra edilir. Vətəndaşları narahat edən məsələlərlə bağlı onlar müraciət edirlər, həm mənə, həm də Prezident Administrasiyasına, hökumətə, aidiyyəti qurumlara və hər bir müraciət diqqətlə əhatə olunur. Ona görə investisiya proqramımızı tərtib edərkən, əlbəttə ki, yerlərdən gələn təkliflərə üstünlük verilir”, - deyə dövlətimizin başçısı bildirib.

Qarabağ və Şərqi Zəngəzurda hələ ki heç kimin yaşamadığını bildirən Prezident deyib: “Ona görə biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur layihələri icra edildi. Mən bu gün onların hamısını sadalasam, yenə də çox vaxt gedəcək”.



Xəbəri paylaş

1241 dəfə oxunub.

Digər xəbərlər