Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev: “İnvestisiya proqramımızı tərtib edərkən yerlərdən gələn təkliflərə üstünlük verilir”
Prezident İlham Əliyev: “İnvestisiya proqramımızı tərtib edərkən yerlərdən gələn təkliflərə üstünlük verilir”13-04-2022, 00:16. Yazar: Admin |
“Bu ilin sonuna qədər görüləcək bəzi işlər haqqında danışmalıyıq. Mən bu gün ancaq Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı, planlarımız haqqında deyəcəyəm. Çünki bütün ölkə üzrə görüləcək işləri dilə gətirsəm, çox vaxt lazım olacaq”. Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib. Qarabağ və Şərqi Zəngəzurda hələ ki heç kimin yaşamadığını bildirən Prezident deyib: “Ona görə biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur layihələri icra edildi. Mən bu gün onların hamısını sadalasam, yenə də çox vaxt gedəcək”. Geri dön |