Saytımızı qiymətləndirin


 
 

Ermənilər indiyədək Tərtərdə 8 mülki şəxsi qətlə yetirib, 33 nəfəri isə yaralayıb
Tarix: 05-10-2020 | Saat: 10:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Ermənilər indiyədək Tərtərdə 8 mülki şəxsi qətlə yetirib, 33 nəfəri isə yaralayıb

Sentyabrın 27-dən oktyabrın 4-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus yüzlərlə evə və inzibati binaya ziyan dəydiyi məlum olub. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.

Oktyabrın 4-də düşmənin atdığı top mərmiləri nəticəsində 3 ev tamamilə dağılıb, 35 evə isə ziyan dəyib.

Çoxmərtəbəli yaşayış binasında 3 mənzilə, 2 istehsal obyektinə və 1 sosial evə zərər dəyib, 2 nəfər yaralanıb. 

Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 250 evə ziyan dəyib, 59 ev isə tamamilə dağıdılıb. 

Bundan başqa, ümumilikdə Tərtərdə 8 mülki şəxs həlak olub, 33 nəfər isə yaralanıb.  

Qeyd edək ki, oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir. 



Xəbəri paylaş

380 dəfə oxunub.

Digər xəbərlər