Saytımızı qiymətləndirin


 
 

Azadlıq Radiosu Rusiyada “arzuolunmaz təşkilat” elan edilib
Tarix: 21-02-2024 | Saat: 11:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Ədliyyə Nazirliyi “Azad Avropa/Azadlıq” radiosunu  “arzuolunmaz təşkilatlar”  siyahısına daxil edib.

Qarabaginfo.az bildirir ki, bu barədə Nazirliyin saytında yer alan məlumata görə, Baş Prokurorluq bu barədə qərarı  fevralın 2-də verib.

“Svoboda/Azadlıq” 2017-ci ildən “xarici agentlər” reyestrindədir. Reyestrə daxil edildikdən sonra KİV-lər bir neçə dəfə, əsasən “xarici agentlik” işarələrinin olmamasına görə cərimələniblər.

Ümumilikdə “Azadlıq” radiosuna 1 milyard rubldan çox cərimə kəsilib.

2023-cü ilin oktyabrında “Azadlıq” radiosunun tatar-başqırd xidmətinin redaktoru Alsu Kurmaşeva Kazanda saxlanılıb. Daha sonra Kazan məhkəməsi onu “xarici agent” kimi qeydiyyatdan keçmək öhdəliyindən yayınmaqda ittiham edərək həbs edib. Dekabrda isə “Müharibəyə yox” kitabına görə ona qarşı yeni cinayət işi açıldığı məlum olub. Rusiya ordusu haqqında “siyasi nifrət əsasında” “saxta” məlumat yaydığı halda onu 10 ilə qədər həbs gözləyir.

Azad Avropa/Azadlıq Radiosu ABŞ Konqresindən illik qrantlar alan beynəlxalq media korporasiyasıdır.

Korporasiyanın strukturuna bir çox dil və regional xidmətlər, o cümlədən Current Time telekanalı daxildir.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər