Saytımızı qiymətləndirin


 
 

Raket atılsa belə bayrağını qoruyan vətəndaş...  - Günün fotosu
Tarix: 05-10-2020 | Saat: 10:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Raket atılsa belə bayrağını qoruyan vətəndaş...

 

Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin mülki əhalisini raket atəşinə tutulması nəticəsində yaranan dağıntılardan çəkilən kadr Rusiya mediasında “Günün fotosu” seçilib.

Qarabaginfo.az xəbər verir ki, Rusiyanın məşhur “Dojd” (www.tvrain.ru) media orqanı saytın Ana səhifəsində bu şəkli yerləşdirərək “Günün fotosu” elan edib. 

“TASS” agentliyinin fotoqrafı Valeri Şarifulinin müəllifi olduğu bu fotodan görünür ki, Azərbaycan xalqı erməni təxribatından qorxmur, öz torpağını, öz evini, elə bayrağını qoruduğu kimi qoruyur və daim qoruyacaq.Gəncə sakininin Ermənistan terrorçu dövləti tərəfindən raket atəşinə tutulmasından dərhal sonra vətəndaşın Azərbaycan bayrağını sinəsinə sıxıb dağıntılar altından çıxarması ictimai müzakirələr zamanı xalqımızın əzmkarlığının, mübarizliyinin simvolu kimi qiymətləndirilib. “Qafqazinfo”

Ermənistan dövlətinin öz ərazisindən uzaq mənzilli raketlərdən atdığı atəşlər belə vətəndaşlar arasında təşviş yarada bilmir, insanlar bu vəziyyətlərdə belə öz canlarını yox, dövlətini, mənəvi dəyərlərə sahib olan atributları, Vətənini qoruyur. Buna görə də Azərbaycan Ordusu ilə döyüşdə məğlub olan Ermənistanın artilleriya və raket atəşləri ilə xalq arasında çaşqınlıq yaratmaq istəkləri puça çıxır.

Bu gün Azərabaycanın arxa cəbhəsində vuruşanlar ön cəbhədəki əsgərlər, zabitlər qədər əzmkar, mübariz və ayıq-sayıqdırlar.



Xəbəri paylaş

490 dəfə oxunub.

Digər xəbərlər