Saytımızı qiymətləndirin


 
 

Kağız reseptlərin sonu: Dərmanların elektron yazılması nələri dəyişəcək...
Tarix: 10-05-2024 | Saat: 16:43
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Kağız reseptlərin sonu: Dərmanların elektron yazılması nələri dəyişəcək...

 

Azərbaycanda elektron reseptin tətbiqinə başlanılıb. Kağız reseptin rəqəmsal versiyası olan bu reseptlərdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq. Yanvarın 16-da Azərbaycanda elektron reseptin təqdimatı olub.

 

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü Nazirliyinin rəsmi "İnstagram" hesabında canlı yayım zamanı bundan sonra apteklərdən elektron resept olmadan dərman əldə etməyin mümkün olmayacağını vurğulayıb.

 

Nazirlik rəsmisi qeyd edib ki, dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslərə elektron resept şamil olunmayacaq: "Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçirilir. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”.

 

Elektron reseptlərin tətbiqinə başlanılmasından sonra ictimaiyyətdə bununla bağlı ciddi müzakirələr gedir. Bəziləri reseptlərin elektronlaşmasının faydalı olacağını, müxtəlif şirkətlərlə çalışan həkimlərin qarşısını alacağını düşünür. Bunun səhiyyə sahəsində ciddi nəticələrə səbəb olmayacağını düşünənlər də az deyil. 

"Vətəndaş şikayətlərinin araşdırılmasında mühüm rol oynayacaq"

 

Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirir ki, uzun müddətdir, istər özəl, istərsə də dövlət tibb müəssisələrində reseptlərin online formada yazılması məsələləri tibb ictimaiəti tərəfindən müzakirə olunurdu:


“Çox sevindirici haldır ki, bu istiqamətdə atılan addımlar qanunvericilikdə dərman vasitələri haqqında qəbul olunmuş qanunda öz əksini tapdı. Səhiyyə Nazirliyinin müvafiq addımları nəticəsində elektron resept əlavəsi tam hazır oldu. Elektron reseptin bütün qurumlar arasında inteqrasiyanın  gücləndirməsi, o cümlədən, dərman preparatlarının hərəkətinin, təyinatının protokola  uyğun müalicənin yazılmasının artıq bir mərkəzdən nəzarət altında saxlanılması  mümkün olacaq. Vətəndaşların sağlamlığının qorunması  haqqında  təməl hüquqları bu çərçivədə daha dolğun tənzimlənəcək. Bunlardan bir mühüm məsələ də dərman preparatlarının tərkibinin  reseptdə göstərilməsidir. Resept əlavəsinə baxdıqda görürük ki, həkimlər üçün də çox asanlaşdırıcı addımlar, metodlar tətbiq olunub. Dərman peraparatının həm ticari, həm elmi adı bu elektron formatda asanlıqla həkimin önünə gəlir. 


Bir dərman peraparatlarının elmi adı yazılmaqla müvafiq əczaçılıq müəssisələrində vətəndaşa Azərbaycan ərazisində  olan bütün ticari adlar təklif olunur. Bu həm vətəndaşın xəstəliyinin özü tərəfindən nəzarət altında saxlamasına, həm kağız daşıyıcılarda itirilməsi, yaddan çıxması kimi məsələlərin aradan qaldırılmasına səbəb olacaq”.  

 

Deputat deyir ki, elektron yaddaşda xəstəyə hansı dərmanların yazıldığı, bu dərmanları orqanizminə təsiri nəticəsində hansı irəliləyişlərin və yaxud əks təsirlərin olduğu qeyd olunacaq:

 

“Bunlar həkim tərəfindən tamamilə nərazətdə saxlanıla biləcək. Lazım gəldikdə vətəndaş şikayətlərinin araşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa ambulator tibbi kartın elektron formada hazılanması, gələcəkdə ümumən bütün ölkədə müalicə sistemini kliniki protokollar uyğunlaşdırılması, bir mərkəzdə birləşməsi  müvafiq olaraq səhiyyə elmini inkişafında mühüm rol oynayacaq”. 

 

"Elektron resept sisteminə ictimai nəzarət təmin edilməlidir"

 

Həkim, professor Adil Qeybullanın sözlərinə görə, elektron respetlər həkimlərin fəaliyyətinə nəzarət, sui-istifadə hallarının qarşısını almaq üçün universal metoddur:

 

“Həmçinin yazılan reseptlərin qeydə alınması baxımından əhəmiyyətli bir prosesdir. Ancaq elektron reseptin tətbiqindən sonra elə bir sistem olmalıdır ki, ona ümumi ictimai nəzarət təmin edilsin. Elektron reseptlər ona görə mühüm əhəmiyyət kəsb edir ki, klinik protokola uyğun dərmanların təyin edilməsi məsələsi vacibdir. İnsanlar yazılan dərmanları oxuya bilmədikləri üçün şikayətlənirdilər. Reseptləri daha çox həkimlər və əczaçılar oxuya bilir. Xəstə üçün isə həmin dərmanlardan hansı miqdarda, necə qəbul edəcəyi önəmlidir. Elektron resept sistemi tətbiq edildikdən sonra bu kimi problemlər yox olacaq. İstənilən vaxt həmin reseptə müraciət edərək nə vaxt, nə dərmanın qəbul edilməsini öyrənmək mümkün olacaq”.(modern.az)



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər