Ermənistan Milli Təhlükəsizlik Xidməti “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarına xəbərdarlıq edib.
Milli Təhlükəsizlik Xidməti konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını vurğulayıb.
Qeyd olunub ki, konstitusiya quruluşunu təhdid edən istənilən qanunsuz hərəkət, addım bütün hüquqi alətlərlə zərərsizləşdiriləcək.
Ermənistan Milli Təhlükəsizlik Xidməti “Vətən naminə Tavuş” hərəkatının təşkil etdiyi yürüşün iştirakçılarını qanuna hörmət etməyə, asayişə qarşı cəhdlərdən çəkinməyə çağırıb.
Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.