Saytımızı qiymətləndirin


 
 

Deputat: Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edir
Tarix: 07-05-2024 | Saat: 11:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

Soltan Məmmədov

 

“Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin bir mühüm aspektlərindən biri həyata keçirilən layihələrin tarixi-ideoloji və siyasi məzmunu ilə bağlıdır. XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin, Ermənistanın ölkəmizə vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər Fondun daim diqqət mərkəzində saxladığı mövzulardır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir: "Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhərağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Aşağı Gövhərağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir".



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər