Tarix: 23-04-2024 | Saat: 17:38
Bölmə:Karusel / Siyasət | çapa göndər
Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək ilk partiyanı qeydə alıb.
Qarabaginfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, Giorgi Liluaşvilinin sədrlik etdiyi "Sakartvelo" partiyasıdır.
Seçkilərdə iştirak etmək üçün daha bir ərizə Giorgi Tumanişvilinin “Üçüncü Yol” Partiyası tərəfindən təqdim edilsə də, qeydiyyatdan imtina edilib. Gürcüstanda partiyalar iki kateqoriyaya bölünür - sonuncu parlament seçkilərində iştirak etmiş, seçki ilində parlamentdə nümayəndəsi olan partiyalar və digər partiyalar.
İkinci kateqoriya partiyalar iyulun 15-dək MSK-ya qeydiyyat ərizəsi təqdim etməli və tərəfdarlarının nümunə siyahısını almalıdırlar. Qeydiyyatdan keçmək üçün bu partiyalar 2024-cü il avqustun 1-dək minimum 25 min seçici imzası təqdim etməlidirlər.
Digər xəbərlər