Saytımızı qiymətləndirin


 
 

“İsrail İrana cavab zərbəsi endirmək qərarına gəlib”- “The Jerusalem Post”
Tarix: 17-04-2024 | Saat: 13:53
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail Müdafiə Qüvvələri (SAXAL) İrana cavab zərbəsi endirmək qərarına gəlib, lakin bunun üçün hələ vaxt seçməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr “The Jerusalem Post”a bildiriblər.

Onların fikrincə, cavab variantları arasında İranın nüvə obyektlərinə zərbələr endirmək, həmçinin pilotsuz təyyarələr və ballistik raketlər üçün bazalara və buraxılış məntəqələrinə hücumlar daxildir.
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyalar və böyük kiberhücum da nəzərdən keçirilir.

Mənbələrə görə, SAXAL-ın bu variantların kombinasiyasından istifadə etməsi mümkündür. Məhdud reaksiya ilə İsrail qüvvələri yüksək rütbəli SEPAH zabitləri və onların müttəfiqləri arasında xüsusi şəxslərə diqqət yetirə bilər.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər