Tarix: 16-04-2024 | Saat: 20:06
Bölmə:Karusel / Manşet / Cəmiyyət | çapa göndər
Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən Qarabaginfo.az-a verilən məlumata görə, sözü gedən ərazi vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilib. “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə həmin ərazi könüllülərin iştirakı ilə tullantılardan təmizlənib və torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.
Qeyd olunub ki, bu gün paytaxtzda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.
Leyla Əliyevanın iştirakı ilə baş tutan bu dəfəki aksiyada meşə zolağının salınması nəzərdə tutulan ərazinin sahəsi 2 hektara yaxındır. Aksiya zamanı 500 ədəd Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilibvə abadlıq işləri aparılıb. Bu ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
Digər xəbərlər