Saytımızı qiymətləndirin


 
 

İranın bir neçə raketi İsrailin hərbi bazasına və Fələstinə düşüb
Tarix: 14-04-2024 | Saat: 12:01
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrailin “Yediot Ahronot” qəzeti bazar günü səhər saatlarında İsrail ərazilərinə 150-yə yaxın raket atıldığını yazıb.

İsrailin Ordu Radiosu da İranın ilk hücum dalğasına cavab olaraq Fələstinin müxtəlif bölgələrində sirenlərin 720 dəfə çalındığını bildirib.

“The New York Times” İranın işğal etdiyi ərazilərə 300-dən çox pilotsuz təyyarə və raket atdığını yazıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən atılan ballistik raketlər İsrailin cənubundakı Nəvatim hava bazasını hədəf alıb. İsrail mediası bazanın yerləşdiyi Negev səhrasına bir neçə raketin düşdüyünü təsdiqləyib.

“Kanal 14” bir neçə raketin Fələstinin cənubundakı Beersheba şəhərinin şərqindəki Arad bölgəsinə düşdüyünü və hücum zamanı bir neçə nəfərin yaralandığını bildirib.

Fələstinin “Şahab” ​​xəbər agentliyinin məlumatına görə, İrandan atılan bir neçə raket Fələstinin cənubunda yerləşən Negev bölgəsindəki Ramon hava limanına düşüb.

İsrail mənbələri bazar günü səhər saatlarında İran tərəfindən 150 ​​raket atıldığını bildirib. İtkilər və dağıntılar barədə hələlik dəqiq məlumat yoxdur.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər